"Siyavuş Aslanın ölümündən sonra çox şeyi gizlətdik"
    • 24-04-2023, 10:27
    • 709

"Siyavuş Aslanın ölümündən sonra çox şeyi gizlətdik"

"Siz elə bilməyin ki, Siyavuş Aslanın böyük oğlu Çingiz Aslana diqqət olmayıb. Onun heç diqqətə ehtiyacı da yox idi. Siyavuş bəlkə də bu qədər aktyorun arasında ən imkanlısı və varlısı olub".

News24.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı Elgiz Əkbərin qonağı olarkən deyib. Aktrisa mərhum Xalq artisti Siyavuş Aslanın küçədə yaşayan oğlu Çingiz Aslandan danışıb. A.Bəşirqızı bildirib ki, Ç.Aslan atasının 25 min manatını oğurlayıb:

"Siyavuş Aslan dünyasını dəyişdikdən sonra mülkləri qaldı. Sizi maraqlandıran bir çox məsələləri zamanında gizlətmişik. Təbii ki, hər şeyin həddi var. Biz hər şeyi açıb deməmişik. Amma indi deyirəm. Funikulyorun yanında məşhur kafenin aşağısındakı 600 min kvadratmetrlik sahə onun idi. Oranı milyon yarıma satdı. Siyavuş Aslanın Dənizkənarı Milli parkla üzbəüz, Akademik Musiqili Teatrının yanında evi vardı. 8 qonşunu köçürüb, o evləri almışdı. Bundan əlavə, həyətdə evi vardı. Siyavuş hər zaman öz ailəsinə, uşaqlarına qarşı çox diqqətçil olub. Sadəcə, belə oldu. O qədər övladlarını əzizlədi ki, axırda da belə oldu. 

Onun Eldar adlı digər övladı başını götürüb Türkiyəyə qaçdı. Ağıllı oğlandır. Amma Çingiz belə oldu. Ona Elgiz özü və başqa-başqa oğullar yardım əlini uzadıb, maddi köməklik ediblər. 23 dəqiqəyə atasının başının altından seyfin açarını götürərək açıb, 25 min dolları götürüb. O evdən çıxanda Siyavuş bunu bilib. Bulvarla Siyavuşun evinin arasında o səkidən bu səkiyə kiçik yoldur. Siyavuş onun arxasınca adam göndərdi. Çingizi tutanda artıq götürdüyü 25 min dollar yox idi".