Rayonlarda intensiv yağış yağacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ
    • 25-04-2023, 15:35
    • 213

Rayonlarda intensiv yağış yağacaq, güclü külək əsəcək - XƏBƏRDARLIQ

Aprelin 26-sı gündüzdən 27-si axşamadək əsasən dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən News24.az-a verilən məlumata görə, yağıntının ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Şərq küləyi 27-də bəzi yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.