Tərtərdə minaya düşən şəxsin ayağı amputasiya OLUNDU
    • 26-04-2023, 12:02
    • 363

Tərtərdə minaya düşən şəxsin ayağı amputasiya OLUNDU

Bu gün Tərtərdə minaya düşən şəxsin ayağı amputasiya olunub.

News24.az
APA-ya istinadən xəbər verir ki, Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minalardan təmizlənməmiş ərazidə baş vermiş mina partlayışı nəticəsində xəsarət alan 1990-cı il təvəllüdlü Babaşov Xəzər Tariyel oğlunun sağ ayağı topuqdan amputasiya olunub.

Qeyd edək ki, Xəzər Babaşov Tərtər Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Onun həyati təhlükəsinin olmadığı bildirilir.