ABŞ-də helikopter qəzaya uğradı: 3 əsgər öldü
    • 28-04-2023, 11:06
    • 175

ABŞ-də helikopter qəzaya uğradı: 3 əsgər öldü

ABŞ ordusuna məxsus iki “AH-64 Apache” helikopterləri təlim missiyasından sonra Alyaskada qəzaya uğrayıb.

News24.az xəbər verir ki, bu barədə Pentaqon rəsmiləri açıqlama verib.

Məlumatda qeyd olunub ki, helikopterlərin hər birində iki əsgər olub.

Qəzada 2 əsgərin hadisə yerində, bir əsgərin isə xəstəxanaya aparılarkən həyatını itirdiyi, yaralanan əsgərin isə xəstəxanada müalicə aldığı bildirilib.