Bakıda mağazadan 4 min manatlıq ətir oğurlandı
    • 28-04-2023, 11:44
    • 269

Bakıda mağazadan 4 min manatlıq ətir oğurlandı

Nəsimi rayonu ərazisindəki bir mağazadan 517 manat pul və 4320 manat dəyərində ətirin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən News24.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Cəlilabad rayon sakini Səyyad Həmidov saxlanılıb.

Araşdırma aparılır.