-
- 28-04-2023, 17:45
- 501
Temperatur 9° aşağı düşəcək - Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında aprelin 30-u axşamdan mayın 02-səhərədək şimal-qərb küləyinin 15-20 m/s arabir 23-25 m/s, 01-i səhər və gündüz yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən News24.az-a verilən xəbərə görə, aprelin 30-da gündüz şimal və qərb rayonlarından başlayaraq mayın 04-ü gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan-xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Qərb küləyi arabir 15-20 m/s, mayın 01-də bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-9° aşağı düşəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimalı var.