-
- 14-02-2019, 10:41
- 1 182
Metroda yenə gərginlik, interval 8 dəqiqəyə çatıb - SƏBƏB
Bakıda metroda qatarda yenə problem yaranıb.
Qatarların intervalının 8 dəqiqəyə çatması nəticəsində stansiyalarda böyük sıxlıq yaranıb.
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov News24.az-a açıqlamasında bildirib ki, problem metronun "İçəri şəhər" stansiyasında yaranıb:
"Stansiyadan start götürən qatarda qəfil problem yaranıb. Nəticədə qatar platformadan 10 dəqiqə gec çıxıb. Bu da qatarların intervalında gecikməyə səbəb olub. Nasazlıq yaranan qatar "Depo"ya göndərilib. Hazırda baş verən texniki nasazlığın səbəbi araşdırılır. Qatarların intervalı 2 dəqiqəyə endirilib".