Avroviziya təmsilçilərimiz səhnə məşqlərinə BAŞLADI
    • 1-05-2023, 16:24
    • 372

Avroviziya təmsilçilərimiz səhnə məşqlərinə BAŞLADI

Azərbaycanı Avroviziyada təmsil edən TuralTuranX qardaşları səhnə məşqlərinə başlayıblar.

News24.az xəbər verir ki, İctimai Televiziyadan APA-ya verilən xəbərə görə, Azərbaycanı bu il Avroviziyada təmsil edən Tural və Turan əkiz qardaşları - TuralTuranX artıq müsabiqənin keçirildiyi Liverpul şəhərindədirlər.

Əkizlər mayın 9-da 1-ci yarımfinalda çıxış etmək üçün səhnə məşqlərinə başlayıblar.

Xatırladaq ki, onlar 12-ci nömrə altında səhnəyə çıxacaqlar. Müsabiqə İctimai Televiziyanın canlı yayımında təqdim olunacaq.

Qeyd edək ki, Avroviziyanın yeni qaydalarına əsasən, müsabiqədə iştirak etməyən ölkələr də bu il səsverməyə qatıla biləcəklər.