Aparıcı Nanəyə canlı yayımda 20 minlik üzük hədiyyə edildi - FOTO
    • 14-02-2019, 12:13
    • 1 475

Aparıcı Nanəyə canlı yayımda 20 minlik üzük hədiyyə edildi - FOTO

Nanə Ağamalıyeva aparıcısı olduğu "Şou ATV" verilişində sürprizlə qarşılaşıb. 

News24.az xəbər verir ki, proqramın son dəqiqlərində aparıcıya bağlı qutu təqdim olunub. 

Naməlum pərəstişkarın aparıcının sənətinə olan sevgisinə və Sevgililər Gününə görə göndərdiyi bağlamanın içərisindən bahalı üzük çıxıb. 

Aparıdığımız araşdırma zamanı isə sapfir və brilliant daşlarla bəzədilmiş zinət əşyasının qiymətinin təxminən 20 min manat olduğu bəlli olub. 

Teymur MƏMMƏDOV