-
- 4-05-2023, 13:18
- 520
Gözdən qaçırdığımız DETAL: Fərid buna görə öldü, qarşısı alınmasa...
“7 yaşlı Fərid Bakarovun idman məşqçisi Mehman Xəlilov tərəfindən kobud davranışları səbəbindən xəsarət alması və vəfat etməsi xəbəri hər birimizi sarsıtdı. Fəridə uca Tanrıdan rəhmət, valideynlərinə səbr diləyirəm. İdman zalındakı məlum görüntülər cəmiyyətdə hər kəsi qıcıqlandırıb və insanlarda aqressiya yaradıb. Ümumiyyətlə, təkcə idman sahəsində deyil, bütün peşə müəssisələrində fəaliyyət göstərən işçilərin, ələlxüsus da uşaqlarla işləyən mütəxəssislərin ildə ən azı iki dəfə psixoloji müayinədən keçməsi lazımdır”.
Bu sözləri News24.az-a açıqlamasında Amerika Beynəlxalq Nevrorequlyasiya və Tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, uzman-klinik psixoloq Narınc Rüstəmova tanınmış idmançı Mehman Xəlilovun məşq zamanı 7 yaşlı tələbəsi Fərid Bakarova qarşı təhlükəli fənd işlətməsi, daha sonra isə halsız vəziyyətdə olan uşağa zor tətbiq etməklə onun ölümünə səbəb olması barədə görüntüləri şərh edərkən deyib.
O bildirib ki, şəxs müəllim kimi və ya uşaqlar olan sektorda mütəxəssis kimi fəaliyyət göstərirsə, onun psixoloji vəziyyəti yoxlanmalıdır:
“Həmçinin rəhbərlik və valideynlər tərəfindən də uşaqlarla, xüsusən azyaşlı uşaqlarla işləyən mütəxəsisslərə diqqət olunmalıdır. Təəssüflər olsun ki, cəmiyyətimizdə belə xoşagəlməz hallar ilk dəfə deyil ki yaşanır. Daha öncə də biz belə hallarla, yəni məktəbdə şagirdə şiddət göstərən, idman zalında uşağa qarşı aqressiv dvaranışlar sərgiləyən peşə vəzifəsini mənfi yöndə, “müəllim” adına yaraşmayan şəkildə istifadə edən insanlarla qarşılaşmışıq və müxtəlif dövrlərdə bu mövzular, görüntülər cəmiyyətdə müzakirələrə səbəb olub. Bu günlərdə də təəssüf ki, o hallardan biri yaşanır. Adətən kiçik yaşlarından hiperaktivliyi, özünüidarə problemi, davranış çətinliyi olan uşaqları idman sahəsinə yönləndirirlər. “Bir az idmana qoy, idmanla məşğul olsun, aqressiyası azalsın”, kimi fikirlər olur”.
Psixoloq hesab edir ki, doğru idman növü seçilmədikdə uşağın aqressiyası nəinki azalır, hətta idmanda öyrəndiyi fəndləri daha çox aqressiyasını çıxarmaq üçün istifadə edir: “Belə uşaqlar da idman sahəsində irəlilədikcə, gələcəkdə idman müəllimi, məşqçi statusu aldıqda öz aqressiyalarını idarə edə bilmir və belə vəziyyət yaranır. Onlar məşqlər, dərslər zamanı şagirdlərə qarşı da bu tip davranışlar sərgiləyirlər. Əksinə, belə insanlara sakit, gimnastika və üzgüçülük kimi içərisində sərtlik və ağır fəndlər olmayan idman növləri ilə məşğul olmaq daha çox faydalı verə bilər. Əgər belə müəllimlərə zamanında nəzarət olunsaydı və psixoloji müayinədən keçsəydilər, belə hallar yaşanmazdı. İdman müəllimləri, xüsusilə döyüş növünü tədris edən müəllimlərə belə müayinələr xüsusilə vacibdir. Çünki bu sahədəki əksər məşqçilər təbiət etibari ilə sərt xarakterli olurlar. Onların bir çoxunun döyüş zamanı, dərs vaxtı nümayiş etdirdikləri, uşaqlara göstərdikləri hərəkətlər özlərinə bəzən sadə toxunuşlar kimi gəlir. Bu cür şəxslərdə qeyd etdiyim kimi hiperaktivlik, güclü daxili aqressiya, bipolyar pozuntu, yəni sadə dil ilə desək, psixopatiya formalaşır. Bu kimi siptomlar yeniyetməlik dönəmindən etibarən özünü göstərməyə başlayır”.
Narınc Rüstəmova vurğulayıb ki, bu cinayət hadisəsindən əvvəli araşdırsaq hadisəni törədən şəxsin ətrafındakı insanlara qarşı zorakılıq, aqressiya, fiziki cəhətdən özündən zəifləri əzmək, şiddət göstərmək və s. halların şahidi ola bilərik: “Valideynlər diqqətli olmalı və övladlarında bu halları müşahidə edirlərsə, psixoloqa müraciət etməlidirlər. Heç kim cinayətkar kimi doğulmur, lakin vaxtında müdaxilə edilmədikdə, bu problemlər korreksiya edilmədikdə belə faciəli hallar yaşanır. Yaşanan bu faciə və idman “müəlliminin” buna səbəb olması nəinki bir ailəni sarsıtdı, həm də bu videonu izləyən neçə-neçə ailələr öz övladını itirmək qorxusu yaşadı. Həmçinin bu hal cəmiyyətdə döyüş növlərinə, idman müəllimlərinə, xüsusən döyüş sənətlərini tədris edən idman müəllimlərinə qarşı müəyyən dərəcədə də olsa mənfi fikrin yaranmasına gətirib çıxara bilər”.
Psixoloq vəfat edən 7 yaşlı Fəridin anasına psixiloji dəstək göstərməyə hazır olduğunu açıqlayıb: “Ananın videosuna, idman zalında çəkilən görüntülərə dəfələrlə baxdım və qəlbim paramparça oldu. Çünki mən də bir anayam və o ağrını içdən yaşadım. Bu bir ailə faciəsidir. Azyaşlı uşağın o şəkildə həyatını itirməsi hər birimizi sarsıtdı. Ananın belə bir faciəli halı, övlad itkisini qəbul etməsi, psixoloji olaraq da çox çətindir. Biz də psixologiya mərkəzi olaraq anaya psixoloji dəstək göstərməyə, onun yarasına, acısına az da olsa məlhəm olmağa, dəstək göstərməyə hazırıq”.
Turan