-
- 4-05-2023, 15:37
- 859
Qarabağla bağlı bu məsələni yalnız Putin həll edə bilər – Qaluzin
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bəyan edib ki, İrəvanla Bakı arasında münaqişənin kəskin mərhələsi Rusiya Prezidenti Vladimir Putinin səyləri sayəsində dayandırıla bilər.
News24.az xəbər verir ki, diplomat bu barədə “İzvestiya”ya müsahibəsində bildirib.
“Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatında söhbət atəşkəsdən və Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasına doğru irəliləmə prosesinin başlanmasından və sülhməramlı kontingentin yerləşdirilməsindən gedir”, - Qaluzin deyib.
“Biz dialoq yolu ilə dörd əsas istiqamətdə irəliləməkdən danışırıq: regionda nəqliyyat və iqtisadi əlaqələrin qarşısının alınması, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanması üçün dialoq, iki ölkə arasında sərhədin demarkasiyası, ictimai, iqtisadi və parlament əlaqələrinin yaradılması, onsuz ikitərəfli münasibətlərin tam nizamlanması barədə danışmaq çətindir. Nizamlamanın əsas elementləri, atəşkəs və Ermənistan-Azərbaycan nizamlanmasının əsas istiqamətlərinin formalaşdırılması, bütün bu prinsiplər sırf Rusiya və onun prezidentinin vasitəçilik missiyası sayəsində formalaşıb və həyata keçirilməyə başlanıb. Bu, özlüyündə artıq ciddi nailiyyətdir”.
Qaluzin qeyd edib ki, bu illər ərzində Rusiya dörd sahədə konkret əməli səylər göstərməyə çalışır ki, onların hər biri üzrə ciddi potensial və gələcək tərəqqi üçün əsaslar yaradılıb: “Aydındır ki, Qarabağda və onun ətrafında baş verən xroniki və həssas münaqişə situasiyalarının həlli həqiqətən də yerdə mövcud problemlər olmadan davam edə bilməz”, - deyə nazir müavini vurğulayıb.
Turan