Ötən il manat bahalaşıb
    • 15-02-2019, 10:42
    • 820

Ötən il manat bahalaşıb

2018-ci il ərzində manat digər ölkələrin valyutalarına nisbətdə bahalaşıb.

News.24.az-ın məlumatına görə, bu barədə Mərkəzi Bankın rəsmi saytında yerləşdirilən 2018-ci ilin “Pul siyasəti icmalı”nda qeyd olunub.

Bildirilib ki, Azərbaycan manatı ABŞ dollarına qarşı 0.01%, türk lirəsinə qarşı 28.6%, avroya qarşı 4.1%, funt sterlinqə qarşı 5.9%, rubla qarşı 16.9% möhkəmlənib.

İkitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərib. İl ərzində manatın qeyri-neft sektoru üzrə ümumi ticarət çəkili real effektiv məzənnəsi 6.1% möhkəmlənib.

Qeyd edək ki, il ərzində manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1.7000 manat təşkil edib. Banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri dəyişkənlik nümayiş etdirsə də rəsmi məzənnəyə yaxın olub. İl ərzində kommersiya banklarının orta günlük alış məzənnəsi 1.6965, satış məzənnəsi isə 1.7023 manat təşkil edib. Rəsmi məzənnə ilə kommersiya banklarının orta günlük alış məzənnəsi arasında fərq 0.2% (0.0035 manat), satış məzənnəsi ilə isə 0.1% (0.0023 manat) olub.

Nigar MƏMMƏDLİ