-
- 5-05-2023, 16:46
- 1 090
Pensiya alanlara mühüm xəbər – Prezident təsdiqlədi, ARTIM OLA BİLƏR
Məlum olduğu kimi, Prezident İlham Əliyev tərəfindən “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanun və “Dövlət sosial müdafiə fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə edilməsi Qaydası” təsdiq edilib. Yenilik nəticəsində Dövlət Sosial Müdafiə Fondunun sərbəst vəsaitləri investisiyalara yönləndiriləcək. Yəni fondun gəlirləri xərclərindən çox olarsa, əldə qalan sərbəst kapital əlavə gəlir mənbəyinə çevriləcək. Fondun investisiya gəlirləri bir sıra istiqamətlərdə istifadə olunacaq. Bu həm pensiyalar, həm də pensiya kapitalının artımına şərait yaradır.
News24.az-a yeniliyin əhəmiyyətini şərh edən iqtisadçı ekspert Eyyub Kərimlinin sözlərinə görə, sərbəst vəsaitinin investisiyaya yönəldilməsi gələcəkdə pensiyaların artmasına təsir göstərəcək:“Dövlət Sosial Müdafiə Fondunun yığılan vəsaitinin dövriyəyə buraxılmasının hüquqi bazasının yaradılması mühüm hadisədir. Çünki biz bunu əvvəllər beynəlxalq təcrübədə müşahidə edirdik. Yenilik gələcəkdə pensiya və təqaüdlərin artırılmasında əhəmiyyətli rol oynayacaq. 2020-ci ildə 50 milyon manatdan çox istifadəsiz vəsait qalmışdı. Hər il belə artıq vəsaitlərin istifadəsiz qalmasını müşahidə edirik. Sözsüz ki, bu vəsaitlərin müəyyən investisiya yönümlü layihələrdə istifadə edərək dividendlər əldə ediləcək və onlar gələcəkdə pensiyaların artırılmasında istifadə olunacaq”.
İqtisadçı hesab edir ki, bu, pensiyaçıların maddi rifahının artırılmasına müsbət təsir göstərməklə yanaşı, həm də büdcədən asılılığı azaldacaq.
“Eyni zamanda büdcənin yükü azalacaq. Ən əsası, yeni qanunun gələcəkdə pensiyaların daha tez-tez və ya yüksək miqdarda artırılmasına təsir etməsini müşahidə edəcəyik”, - eskpert bildirib.
Qeyd edək ki, investisiyaya yönəldilən sərbəst vəsait, investisiya gəlirləri və onun istifadə olunmamış qalığı Mərkəzi Bankda açılmış hesaba toplanacaq və uçotu ayrıca aparılacaq. İnvestisiya gəlirləri üzrə xərclərin bölgüsünü hər il üçün Nazirliyin təklifləri əsasında Azərbaycan Respublikasının Prezidenti təsdiq edəcək.
Turan