"Hər dəfə sənə qovuşmağa hazıram"
    • 6-05-2023, 10:36
    • 562

"Hər dəfə sənə qovuşmağa hazıram"

Aktrisa Aydan Axundzadə aktyor həyat yoldaşı İbrahim Çingizlə bağlı paylaşım edib. 

News24.az xəbər verir ki, aktrisa həyat yoldaşının ad günü olduğunu vurğulayıb. 

Aydan "Bu həyatı təkrar-təkrar yaşamağa, hər dəfə sənə qovuşmağa hazıram. Sən mənim evim, dayağım, gücüm, rahatlığımsan. Səni yaradan, bu dünyaya və mənə bəxş edən qüvvələrə təşəkkür etmək üçün hər il bu günü səbirsizliklə gözləyirəm. Mənim ən yaxşı dostum, ən yaxşı ərim və ən yaxşı atam. Ad günün mübarək, mənim əbədi sevgim" sözləri ilə İbrahimi təbrik edib. 

Qeyd edək ki, İbrahim Əməkdar artist Çingiz Əhmədovun oğludur. Aydan və İbrahim cütlüyünün bir qız övladı var.