Elxan Şirinov onların ifasını tənqid etdi
    • 6-05-2023, 11:47
    • 465

Elxan Şirinov onların ifasını tənqid etdi

Əməkdar artist Elxan Şirinov məşhur mahnısı "Başqa birisini sevə bilməzsən"i oxuyanlara münasibət bildirib. 

News24.az xəbər verir kimüğənni bu haqda "Səhər mərkəzi" verilişində danışıb. Proqram zamanı Xalq artisti Röya Ayxan, Əməkdar artist Könül Kərimova, xanəndə Mirələm Mirələmov, müğənnilər Emil Bədəlov və Əminə Şirinin ifaları təqdim edilib. 

E.Şirinov Mirələmin ifasına "Mirələm ilə iki il əvvəl başqa verilişdə duet oxuduq. Onda daha yaxşı oxuyurdu" sözlərini söyləyib. 

İfaçı Röyanın mahnını səsləndirməsinə "Mahnı məsələsi elədir ki, şeirə bənzəyir. Necə şeir yazırlar, Allah verir sənin beyninə və köçürdürsən vərəqlərə. Mahnı da elədir, gərək söz birinci canına hopsun, gözəl olsun. Sözləri sevəsən və orada balaca kərpicləri yerinə düzəsən. Mahnıda o qədər şeylər etmək olardı ki... Röya etmədi, çünki təcrübə başqadır" reaksiyasını verib. 

Elxan Şirinov Emil və Əminənin oxumasını bəyənib. O bildirib ki, obraz yaradılıb və hiss, həyəcan hiss olunur.

Müğənni Könül Kərimovanın da oxumağını bəyənməyib. 

"Bu mahnını oxuyanlara belə məsləhət edərdim ki, lazımsız boğazlar olmasın" deyə, Şirinov əlavə edib./axşam/