Hacı Nuran Siyavuş Aslanın oğlu haqqında:
    • 6-05-2023, 12:10
    • 467

Hacı Nuran Siyavuş Aslanın oğlu haqqında: "Bir müddət əvvəl görüşdük... "

Aparıcı Hacı Nuran Hüseynov mərhum Siyavuş Aslanın vəfat edən oğlu Çingiz Aslanovdan yazıb. 

News24.az  xəbər verir ki, o, sosial şəbəkə hesabında Çingizlə fotolarını paylaşaraq onunla bir müddət əvvəl görüşdüyünü bildirib:

"O da bu sınaqdan çıxa bilmədi. Bəlkə də xarakteri, bəlkə də ətrafındakı dostları oldu günahkar, bunu müzakirə etmək, ya da kimisə qınamaq bizə düşməz. Əgər əlimizdən gəlirsə kömək edək, olmursa qınamayaq. Çünki qınayan insan sabah öz başına nələrin gələcəyindən xəbərsizdir. Çingiz Aslan evsiz və xəstə idi. Məskəni canı qədər sevdiyi Bakı küçələri idi. Yay-qış o bu küçələrin əbədi sakini idi. Bir müddət öncə onunla görüşdük, danışdıq, maddi-mənəvi ona köməklik etdik. Amma..."

Xatırladaq ki, Çingiz Aslanov tüfeyli həyat tərzi yaşayırdı. Onun küçələrdə gecələməsi ilə bağlı dəfələrlə görüntülər yayılıb. Ç.Aslanov 2021-ci ildə sığınacaq və sosial reabilitasiya müəssisəsinə yerləşdirilsə də, öz istəyi ilə oranı tərk edib.

O, 27.04.2023-cü il tarixində Nəsimi rayonu ərazisindən çağırış əsasında TƏBİB-in tabeliyindəki Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən küçədən təxliyə olunub.
Məlumata görə, Çingizə Kliniki Tibb Mərkəzin 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında, eləcə də Sabunçu Tibb Mərkəzində zəruri tibbi xidmətlər göstərilib.

Aparılan reanimasyon tədbirlərə baxmayaraq, 29.04.2023-cü il tarixində bioloji ölüm baş verib. Ona infeksion hepatit, qaraciyər sirrozu, assit diaqnozları qoyulub və o, 5 gün əvvəl dünyasını dəyişib.