Kriminalistdən şok açıqlama: “Daha nə olmalı idi ki, vəhşi qatil...”
    • 8-05-2023, 13:41
    • 431

Kriminalistdən şok açıqlama: “Daha nə olmalı idi ki, vəhşi qatil...”

“10 yaşlı qız, Nərmin Quliyevanın oğurlanıb, qətl edilib, yandırılması ilə bağlı təqsirli bilinən İlkin Süleymanovun məhkəmə istintaqı prosesi başa çatıb. İttihamçı prokuror 20 il həbs cəzası istəyib. Prosesi, əvvəlindən sonacan müşahidə etməklə, bildirim ki, İlkin Süleymanovu bu cinayətdə şübhəli bilirəm və bütün səmimiyyətimlə. Öz araşdırmalarımı, ekspertiza rəylərinin təhlili, faktları dəfələrcə fb-də, mediada paylaşmışam. Hara vurub-çıxsan vicdanla şübhə ona yönəlir”.

News24.az xəbər verir ki, bunu kriminalist ekspert İlqar Altay sosial şəbəkədə yazıb. O, qeyd edib ki, bununla bağlı ona sualları yönəlir və həmin sualların bəzilərinə cavab vermək istəyir:

- Sizi, bir obyektiv və ixtisaslı kimi belə bir 20 illik həbs qərarı qane edirmi?

- Açıq, deyim ki, etmir. 10 yaşlı körpə məsum qızcığazı oğurla. Bu bir. Günlər və həftələr ərzində əl-ayağı, ağzı bağlı, qorxu stress əzabı, işgəncə altında, natəmizlik, soyuqda, ac-susuz halda saxla. Bu iki. Sonda, xüsusi amansızlıqla yazığı öldür. Bu üç. Axırda da benzin tök yandır. Bu da dörd. Belə faktlar, hallar olduğu halda, daha nə olmalı ki, bu cür, insanlıqdan çıxmış, islahı mümkünsüz manyak vəhşi qatil ölüm cəzasına, qanunvericilik imkan vermirsə ömürlük həbs cəzasına layiq olmasın? Allah eləməmiş mənim oğlum, qardaşım olsun, bu qələti etsə, şəxsən özüm ən ağır cəza tələb edər, uşağın ailəsindən min dəfə üzr istəyərəm. Nəinki, onun biabırçı müdafiəsinə qalxmaq və özünü də o qatil qohumun səviyyəsinə salmaq.

- Məhkəmə yekununda prokurorun 20 illik cəza istəməsi, İlkin tərəfin yaxını-doğmalarını qane edirmi? 

- Düşünürəm ki, hətta edir, məntiqlə də etməlidir! Son məhkəmə prosesindən sonrakı, küçədə çıxardıqları “vay səhnəyə” baxmayaraq. Əvvəla, bunları İlkindən daha çox düşündürüb narahat edən, illərlə artistliklə qurduqları imici itirmə, "el içində xar olma"qdan qurtulurlar. Bu mənada ki, göstərirlər ki, "haqlı mübarizələrini" apardılar, qoymadılar "günahsız İlkin" ömürlük (gözlənilən) cəza alsın. Yoxsa, Tovuz camaatını mən yaxşı tanıyıram bunları köçürərlər oradan. İkincisi, 20 il cəza hər halda, ömürlük həbs də deyil! Hüquqi tərəfdən cəzanı Apelyasiya, ya Ali Məhkəmə, ya amnistiya və başqa formada azaltma şansı qalır. Əslində, kim razı qalmazdı?

- İlkin Süleymanova qarşı İttiham irəli sürüb, ona 20 illik cəza tələb edən Prokurorluq İlkinin qatil olmasında əmindirmi? 

- Fikrimcə əmindir, yüz faiz! Prokurorluğun əlində informasiya imkanları çox və müxtəlifdir xüsusilə ağır cinayətlərdə dürüst həqiqət müəyyənliyi üçün. Bütün ölkələrdə bu belədir (hansı ki, xüsusi xidmət orqanları bunu öz xətləri ilə təmin edir və onların müşahidəsi, nəzərindən nəsə gizlətmək mümkünsüz). Əgər əmin olmazsa, heç vaxt tutulmamış və həm də ki, ziyalı və bu cür qalmaqallı, "müdafə-hücum" imkanlı, böyük, sistemli, mütəşəkkil, ağa-qara, qaraya-ağ deməyi bacaran, "haylı küylü" nəslin adamını hədəf götürsün, lazımdır bu ona? Özü də, prezidentin nəzarətində olan, 20 il iş, həbs istənilən, beynəlxalq səsli-küylü cinayət işində.

Bu ağır, uşaq qətlinin faciəvi prosesi qurtarmır hələ, qarşıda məhkəmə hökmü, apelyasiya var. Bu prosesləri də müşahidə edib görək nə olur, nələr dəyişir və buna da uyğun fikir söyləyərik./yenisabah/