Bərdədə narkotik satan qardaşlar saxlanıldı
    • 8-05-2023, 22:19
    • 502

Bərdədə narkotik satan qardaşlar saxlanıldı

Bərdədə narkotik vasitələrinin satışı ilə məşğul olan qardaşlar saxlanıb.

Bərdə Rayon Polis əməkdaşları keçirdikləri əməliyyat nəticəsində 4 nəfər saxlanılıb.

Rayon sakinləri Məmmədov Pərviz və onun qardaşı Məmmədov Vüsal Zakir oğlu həmyerliləri Talıbov Sərdar Yapon oğlu, Bəbirov Pərviz Novruz oğlu saxlanılıb. Saxlanılan şəxslərə baxış zamanı üzərlərində hüquq mühafizə əməkdaşları külli miqdarda narkotik vasitələri aşkarlayıb. Əməliyyat axtarış tədbirləri davam etdirilir və hər 4 şəxs barəsində həbs qəti imkan tədbiri seçilib.

Faktla bağlı araşdırma aparılır. /APA/