-
- 10-05-2023, 13:10
- 752
Mübariz Tağıyev "Avroviziya" mahnımızdan danışdı: "Kim seçib, kim axtarıb?"
“Tural və Turan Bağmanov qardaşlarının bəstələdiyi mahnı Liverpul pop musiqi istiqamətindədir. Bu mahnını kim seçib, kim axtarıb, bilmirəm. “Avroviziya” musiqi yarışmasının öz istiqaməti var. Mahnı seçimində diqqətli olmalıyıq”.
News24.az xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında xalq artisti Mübariz Tağıyev bu il “Avroviziya” musiqi yarışmasında Azərbaycanı təmsil edən Tural və Turan Bağmanov qardaşlarının yarışmanın finalına keçə bilməməsinə münasibət bildirərkən deyib.
O, əlavə edib ki, müsabiqənin dünənki yarımfinal mərhələsini izləyə bilməyib:
“Bəzi sağlıq məsələlərinə görə birinci yarımfinal mərhələsinə baxa bilmədim. Ona görə ümumilikdə qardaşların dünənki çıxışı ilə bağlı bir söz deyə bilməyəcəm”.
Qeyd edək ki, “Avroviziya” mahnı müsabiqəsinin finalına ilkin olaraq Xorvatiya, Moldova, İsveçrə, Finlandiya, Çexiya, İsrail, Portuqaliya, İsveç, Serbiya, Norveç vəsiqə qazanıb.
Müsabiqənin növbəti yarımfinalı 11 mayda, final isə mayın 13-də keçiriləcək.