DYP bu sürücüləri mükafatlandırdı - Fotolar
    • 10-05-2023, 17:20
    • 238

DYP bu sürücüləri mükafatlandırdı - Fotolar

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Nümunəvi sürücülər" müsabiqəsi ilə əlaqədar il ərzində yol hərəkəti qaydalarını pozmayan sürücülər mükafatlandırılıb.

News24.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, müsabiqənin keçirilməsində məqsəd sürücüləri qayda pozmamağa təşviq etmək və yollarda təhlükəsizliyi təmin etməkdir.

Bu məqsədlə artıq bir neçə müddətdir ki, nəqliyyat vasitələrinin sahiblərinə fasiləsiz və daha keyfiyyətli xidmət göstərilməsi məqsədilə Baş DYP İdarəsinin Bakıda Zabrat qəsəbəsində və Lökbatan dairəsi yaxınlığında Texniki Müayinə Mərkəzlərində 24 saat fasiləsiz iş rejimi tətbiq edilib. Bununla da  sürücülər Müayinə Mərkəzlərinə günün istənilən vaxtı müraciət etmək imkanı qazanıblar.