“Manqurt” tamaşası Masallıda uğurla nümayiş olunub
    • 15-02-2019, 17:23
    • 1 359

“Manqurt” tamaşası Masallıda uğurla nümayiş olunub

Akademik Milli Dram Teatrının kollektivi “Manqurt” tamaşası ilə Masallıda çıxış edib. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, rayon Mədəniyyət Mərkəzində təqdim olunan səhnə əsəri böyük maraqla qarşılanıb, uğurlu tamaşa kimi qeyd olunub.

News24.az xəbər verir ki, Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının motivləri əsasında hazırlanan səhnə əsərinin bədii rəhbəri və rejissoru Anar Babalı, rejissoru Mədəniyyət və İncəsənət Universitetinin diplomantı İzamə Babayeva, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Könül Kərimovadır.

Birhissəli epik rəvayət olan səhnə əsərində əməkdar artistlər Mehriban Xanlarova, Elşən Rüstəmov, aktyorlar Ramin Şıxəliyev, İmran Ali Qurban, Əminə Babayeva, Mehman Fətullayev iştirak edirlər.

Qeyd edək ki, “Manqurt” Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində müvəffəqiyyətlə nümayiş olunur.