-
- 10-05-2023, 17:41
- 794
Azərbaycanda ŞOK HADİSƏ – Oruc tutan arvadını iftar süfrəsində vəhşicəsinə döydü
Sumqayıtda arvadını döyərək xəsarətlər yetirən 1978-ci il təvəllüdlü Tofiq Qaraşova cinayət işi açılıb.
News24.az-ın əldə etdiyi məlumata görə, hadisə bir neçə gün əvvəl şəhərin Çerkassı küçəsində baş verib. 45 yaşlı kişi iftar süfrəsində oturarkən onunla eyni zamanda oruc tutan həyat yoldaşı Dilbər Qaraşova (şərti adlı) ilə mübahisə edib. O, arvadını üzünə və başını yumruqlayıb. Daha sonra dəmir boru ilə sol qolundan və sağ ayağına vurub. Nəticədə qadın sol göz qapaqlarının və gözaltı nahiyyənin dərialtı hematoması, sol saidin, sağ baldırın və sağ təpə-alın nahiyənin geniş ölçülü qançırları kimi xəsarətlər alıb.
Qadının polisə müraciət etməsindən sonra Tofiq barəsində Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə iş açılıb.
İşin materialları qısa vaxt sonra Sumqayıt şəhər Məhkəməsinə göndərilib. Məhkəmədə Tofiq Qaraşov törətdiyi əməli etiraf edib. Xəsarət alansa ərinin daim onu incitdiyini deyib: “Tofiqlə 1997-ci ildə ailə həyatı qurmuşam. Qızımız ailə qurub, ayrı yaşayır. Oğlumuz isə hazırda hərbi xidmətdədir. Ailə həyatı qurandan Tofiq məni incidir və mütəmadi olaraq yersiz mübahisələr yaradır. Bir neçə gün əvvəl də saat 19:30 radələrində iftarımı içmaq üçün evdə yemək hazırlayaraq masanın üzərinə qoydum. Tofiq oruc tutduğum üçün məni danlayıb, mübahisə etməyə başladı. Mübahisə zamanı yumruqlarla başımdan, sol gözümdən, təpiklərlə qarnımdan, bədənimin müxtəlif yerlərindən vuraraq döyməyə başladı. Bundan sonra dəmir boru parçasını götürüb məni onunla döydü. Onun əlindən qaçıb evdən çıxdım və polisə şikayət etdim”.
Dilbər Qaraşova məhkəmədə əri ilə barışdığını və artıq ondan şikayətçi olmadığını bildirib.
Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə arvadını oruc tutduğuna görə vəhşicəsinə döyən kişiyə qazancının 20 faizinin dövlət nəfinə tutulmaqla 10 ay müddətinə islah işləri cəzası verilib.
Taleh BAĞIROV