-
- 11-05-2023, 17:57
- 643
Laçında tikinti şirkətinin işçiləri arasında QANLI DAVA – TƏFƏRRÜAT
İşğaldan azad edilmiş Laçın rayonunda təmir-tikinti işləri aparan şirkətlərdən birinin əməkdaşları arasında qanlı dava-dalaş olub.
News24.az-ın əldə etdiyi məlumata görə, hadisə “AZR Business” şirkətində baş verib. Şirkətdə işçilər üçün yemək bişirən aşpaz Şəmkir rayon Seyfəli kənd sakini, 1988-ci il təvəllüdlü Nadir Əhmədov orada usta işləyən Ucar rayon Lək kənd sakin Elnur Ağayevi bıçaqlayıb.
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlğa ağır zərər vurma) maddəsi ilə iş açılıb və o, saxlanılıb.
Açılmış cinayət işinin materialları daha sonra Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən məhkəmə prosesi bir neçə gün əvvəl başa çatıb.
Məhkəmədə bildirilib ki, Laçında yenidənqurma işləri aparan “AZR Business” şirkətində aşpaz işləyən Nadir Əhmədov oktyabrın 26 -da axşam saatlarında şirkətin yaşayış düşərgəsinin yeməkxanasında Elnurla mübahisə edib.
Mübahisəyə səbəb Elnurun yeməyin gecikməsinə etiraz etməsi olub. Bundan qəzəblənən Nadir həmin mübahisəyə görə Elnuru cəzalandırmaq qərarına gəlib. Bu məqsədlə o, təxminən saat 20 radələrində kartof soymaq üçün istifadə etdiyi bıçağı götürürərək yeməkxanadan 200 metr aralıda, yəni işçilərin istirahəti üçün nəzərdə tutulmuş düşərgəyə gedib. Vaqonların yerləşdiyi həyətin giriş hissəsində Elnura yaxınlaşıb. Ona etirazına görə cəzalandıracağını bildirib və bıçaqla ağır zərbə endirib. Nəticədə Elnurun bağırsağı kəsilib və daxili qanaxma başlayıb. Vəziyyəti pisləşən Elnur ağır vəziyyətdə Füzulidəki xəstəxanaya aparılıb.
Hadisədən sonra Nadir Əhmədov ərazidəki vaqonda və tualetdə bir müddət gizlənib və daha sonra hadisə yerinə gəlmiş polislərə təslim olub. O, həbs edilərək təcridxanaya yerləşdirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə o bildirib ki, Elnur ondan öncə çalışan aşpazı da döyüb. Hətta onu fəhlə kimi işlədib, hədələyərək təhqir edib. O, hadisəni bu sözlərə görə törətdiyini və Elnurun dostları tərəfindən döyüləcəyindən qorxduğu üçün gizləndiyini deyib.
Məhkəmədə zərərçəkmiş şəxs onu bıçaqlayan aşpazdan artıq şikayətçi olmadığını, onunla barışdığını bildirib.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesin yekununda tərəflərin barışması, Nadirin iki körpə övladının olması, dəymiş ziyanın ödənilməsi, Nadirin peşman olmasını bildirməsi və digər hallar nəzərə alınaraq ona 1 il sınaq müddəti təyin edilməklə şərti cəza verilib. Nadir Əhmədov məhkəmə zalından azadlığa buraxılıb.
Taleh BAĞIROV