Mustafa Sandal Bakıda konsert verdi
    • 10-05-2023, 22:04
    • 343

Mustafa Sandal Bakıda konsert verdi

Türkiyənin məşhur müğənnisi Mustafa Sandal Bakıda konsert verib. 

News24.az xəbər verir ki, konsert Bakı Konqres Mərkəzində baş tutub. 

M. Sandal öz repertuarında olan mahnılarla pərəstişkarları qarşısında çıxış edib. Eyni zamanda səhnədə Azərbaycan mahnıları da səsləndirilib.

Konsertin sonunda müğənni Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan xalqını təbrik edib.

Qeyd edək ki, tədbirin gəlirlərinin bir hissəsi Türkiyədəki zəlzələdən zərərçəkmişlərə bağışlanacaq.

Qumral Əliyeva