-
- 24-07-2018, 10:30
- 1 184
Bakıda bu yolun tikintisi zamanı plana düşən evləri dövlət alacaq
Bakıda Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən ümumşəhər əhəmiyyətli yeni avtomobil yolunun tikintisi məqsədilə həmin avtomobil yolunun layihəsi altına düşən torpaq sahələri dövlət tərəfindən alınacaq.
News24.az xəbər verir ki, bununla əlaqədar Baş nazir Novruz Məmmədov qərar verib.
Qərara əsasən, "Bakı şəhəri ərazisində yeni avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Prezidentinin 2018-ci il 15 may tarixli 82 nömrəli sərəncamına əsasən, Bakı şəhəri ərazisində Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən ümumşəhər əhəmiyyətli yeni avtomobil yolunun tikintisi məqsədilə Azərbaycanın 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsait çərçivəsində həmin avtomobil yolunun layihəsi altına düşən torpaq sahələrinin alınması həyata keçirilsin.
Bu qərarla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə tapşırılıb ki, alınan torpağın, həmçinin həmin torpağın hər bir mülkiyyətçisinə məxsus hissələrinin və onlarla birlikdə alınacaq digər əmlakın qiymətləndirilməsi üçün qiymətləndirmə komissiyası yaradılsın.
//Trend