-
- 11-05-2023, 15:18
- 526
Bakıda azyaşlı ilə evlənən 33 yaşlı kişi danışdı: “Dedi, qaçırmasan özümü öldürəcəm”
Bakıda 15 yaşlı qızla evlənən Astara rayon sakini, 1990-cı il təvəllüdlü Elvin Hüseynov həbs edilib.
News24.az-ın əldə etdiyi məlumata görə, Bakı şəhər Nizami rayonu Keşlə qəsəbəsində İsmayıllı rayonundan qaçırdığı yeniyemə qızla gizli evlənən Elvin barəsində cinayət işi açılıb.
Barəsində Nizami rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə iş açılan şəxs barəsindəki materiallar daha sonra Nizami rayon Məhkəməsinə göndərilib.
Rauf Əhmədovun sədrliyi ilə keçirilən prosesdə Elvin bildirib ki, qaçırdığı və evləndiyi qızın yetkinlik yaşına çatmadığını bilirmiş. O, 15 yaşlı Aysu (şərti adlı) ilə telefonda təsadüf nəticəsində tanış olduğunu deyib: “Aysu ilə 2021-ci ilin iyun ayıda telefona tanış olmuşam. Mənə İsmayıllı rayonu, Təzəkənd kəndindən olduğunu deyib. Onunla tez-tez görüntülü danışırdıq. Beləcə bir-birimizi sevdik. Söhbətimizdə məndən yaşımı soruşdu, mən də 30 dedim. Mən onun yaşını soruşanda isə noyabrın 2-də 16 yaşının olacağını demişdi. Elə bu səbəbdən də Aysuya səbirli olmasını, ona elçi göndərəcəyimi demişdim. Amma Aysu onu qaçırmasam özünü öldürəcəyini, mənimlə birlikdə yaşamaq istədiyini deyirdi. Onu sevdiyim üçün və aramızda olan münasibətlərin yaxşı qalması, hər hansı bir səhv hərəkətə yol verməməsi üçün onu qaçırmağa razı oldum. İsmayıllıya gedib Aysunu qaçıraraq kirayə yaşadığım Keşlədəki evə gətirdim. Bundan sonra ailə kimi yaşamağa başladıq”.
Nizami rayon Məhkəməsinin 2 may 2023-cü il tarixli hökmü ilə 16 yaşına çatmayan şəxslə əlaqə quran 33 yaşlı Elvin Hüseynov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi üzrə təqsirli bilinib. O, 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və ümumi tipli cəzaçəkmə müəssisəsinə göndərilib.
Taleh BAĞIROV