-
- 11-05-2023, 16:54
- 1 585
Sərhəd toqquşmasının PƏRDƏARXASI - Türk general sensasion DETALLARI AÇDI
“Sülhlə bağlı müzakirələrin getdiyi bir vaxtda Ermənistanın sərhəddə təxribat törətməsinin bir sıra səbəbləri var. Bu, ilk növbədə Azərbaycanın müstəqil bir dövlət kimi öz sözünü deməsi, dik durması, edilən təzyiqlərə boyun əyməməsi, yenilməzliyi və həyata keçirdiyi uğurlu siyasətə qarşı verilən mesajdır”.
Bu sözləri News24.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz deyib.
O bildirib ki, Ermənistan hər zaman olduğu kimi bu dəfə də mühüm görüş öncəsi dezinformsiya yaymaq və Azərbaycanı ittiham etmək üçün təxribata əl atdı:
“İrəvan “Qarabağda sabitlik yoxdur” fikri formalaşdırmaq üçün davamlı bu üsula əl atır. Mayın 9-da Moskvada qələbə paradı keçirildi. Prezident İlham Əliyev oraya getmədi, Şuşada Azərbaycan dövlətinin hər hansı bir yerdən əmr almayacağını, heç kimin Bakıya diktə edə bilməyəcəyini bəyan etdi. Hesab edirəm ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan mövqelərinin atəşə tutulması, İran dronlarından istifadə edilməsi Ermənistana havadarları tərəfindən verilən dəstəyin nəticəsidir. Onlar bununla əvvəlki vəziyyətə qayıtmağa, Bakını özlərinə sərf edən şərtlərə razı salmağa çalışırlar. Amma Azərbaycan ərazi bütövlüyünü müdafiə edəcək, təxribatlara lazımi cavab verə biləcək şəkildə davranır.
Şəhid olan Azərbaycan əsgərinin axan hər damla qanının qisas alınacaq və Ermənistana lazım olan cavab veriləcək. Rusiyadan gözləntimiz üçtərəfli sazişi yerinə yetirməsi üçün Ermənistana təsir etməkdir. İrəvanın çox sahibi olduğu üçün güman ki, Brüssel görüşü öncəsi, daha sonra Moskvadakı görüşlərdən əvvəl bunun kimi təxribatlara əl atmağa meyillidir. Amma heç kim Azərbaycanın səbrini daşırmamalıdır”.
Turan