-
- 12-05-2023, 14:28
- 729
Bakıda hadisə: Moda evinə basqın edib qayınanasını döydü
Bakı şəhər Nərimanov rayonu Azadlıq prospektində yerləşən “Vəfa-X” moda evinə basqın edərək orada dərzi işləyən qayınanasını döyən Astara rayon Kijəbə kənd sakini, 1986-c il təvəllüdlü Cavid Hümbətova cinayət işi açılıb.
News24.az əldə etdiyi məlumata görə, bir neçə gün əvvəl C.Hümbətov həyat yoldaşının boşanmaq üçün Xətai rayon Məhkəməsinə müraciət etdiyini öyrənib. O, ailəsinin dağılmasına görə qayınanası Püstəni (şərti adlı) səbəbkar görüb, onu ailə işlərinə qarışmaqda günahlandırıb. Bu səbəbdən də o, qayınanasının işlədiyi moda evinə gedərək dava salıb. Əlindəki telefonu qadının başına çırpıb, həmçinin zərbə endirərək onun göz nahiyəsinə xəsarət yetirib. Qapalı kəllə-beyin travması və sağ göz ətrafının şişkinli hematoması xəsarəti alan qadına tibbi yardım göstərilib.
Qayınanasının şikayətindən sonra Nərimanov rayon Polis İdarəsində Cavid Hümbətov barəsində Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə iş açılıb. İşin materialları daha sonra rayon məhkəməsinə göndərilib.
Nərimanov rayon Məhkəməsinin hökmü ilə qayınanasını döyən kürəkənə 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun üzərinə gecələr evi tərk etməməmək, yaşayış yerini dəyişməmək, ictimai tədbirlərdə iştirak etməmək kimi vəzifələr qoyulub və üzərinə elektron izləmə cihazı yerləşdirilib.
Taleh BAĞIROV