Türkiyə Qızıl Aypara Cəmiyyətinin sədri istefa verdi
    • 12-05-2023, 18:20
    • 343

Türkiyə Qızıl Aypara Cəmiyyətinin sədri istefa verdi

Türk Qızıl Aypara Cəmiyyətinin sədri Kerem Kınık istefa verib. 

News24.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Qeyd edək ki, Kınık 2016-cı ildən Türk Qızıl Aypara Cəmiyyətinin sədri vəzifəsini icra edib. Nizamnaməyə uyğun olaraq növbədənkənar qurultaya qədər İdarə Heyətinin sədri vəzifəsini sədrin birinci müavini Fatma Meriç Yılmaz icra edəcək.

Xatırladaq ki, bir müddət əvvəl Kerem Kınık haqqında Türkiyədə baş verən zəlzələ zamanı çadırları satması ilə bağlı iddialar yayılıb.

Qumral Əliyeva