Xızıda şəhid xanımı qaynı tərəfindən öldürülüb
    • 13-05-2023, 19:09
    • 670

Xızıda şəhid xanımı qaynı tərəfindən öldürülüb

Mayın 13-ü saat 18 radələrində Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində 1999-cu il təvəllüdlü Ləman Qurbanovanın ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

News24.az APA-ya istinadən xəbər verir ki, Xızı rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla 1984-cü il təvəllüdlü Taleh Qurbanovun qohumu Ləman Qurbanovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xızı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə şübhəli şəxs qismində saxlanılan Taleh Qurbanov hadisədən sonra könüllü olaraq istintaqa təslim olub.

İbtidai istintaq davam edir.

Ləman Qurbanova sentyabr hadisələrində şəhid olmuş Saleh Qurbanovun həyat yoldaşıdır. Taleh Qurbanov isə onun qaynıdır.