"Qalib gələn Türkiyə oldu" - Əminə Ərdoğan
    • 15-05-2023, 08:47
    • 183

"Qalib gələn Türkiyə oldu" - Əminə Ərdoğan

"Övladlarımızın gələcəyi üçün seçkiyə gedən millətimizin qərarı nəticəsində Türkiyə Yüz ili qalib gəldi. Qazanan Türkiyə oldu".

News24.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan sosial media hesabındakı paylaşımında yazıb. 

"Bir olduq, birləşdik, böyük və güclü Türkiyə üçün çox çalışdıq. Uğurlarımıza yenilərini əlavə etməklə Türkiyə Əsrini yenidən çiyin-çiyinə quracağıq. Güvən, sabitlik, xidmət deməklə bu yolda ürəyini bizim işimizə qoyan sevimli xalqımıza ürəkdən təşəkkürümüzü bildiririk. Bu qürur və uğur hər birimizindir. Arzuları reallaşdərmaq və hər sahədə lider olan ölkə üçün düzgün addımlarla dayanmayın, davam edin" - deyə paylaşımda qeyd edilib. /TRT Haber/