Yol qəzasında yanıb ölən şəxslərdən birinin anası vəfat etdi, o biri isə... - VİDEO
    • 15-05-2023, 12:00
    • 599

Yol qəzasında yanıb ölən şəxslərdən birinin anası vəfat etdi, o biri isə... - VİDEO

Bakının Xəzər rayonunda avtomobilin yanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi zaman vəfat edən şəxslərdən birinin anası vəfat edib.

News24.az 
Avtosfer.az-a istinadən xəbər verir ki, yanaraq ölən Məmmədağa adlı şəxsin anası ürəktutmasından vəfat edib. İkinci Şahin adlı şəxsin anası isə intihara cəhd edəcəyini bildirib.

Qeyd edək ki,  Binə qəsəbəsində baş verən hadisə zamanı "Chevrolet", "Lifan" və "Ford" markalı avtomobillər toqquşub. Toqquşma nəticəsində "Lifan" markalı avtomobil yanıb. İlkin məlumata görə, yanan minik avtomobilində olan 2 nəfər yanaraq ölüb. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub və yanğın söndürülüb.

Əraziyə polis əməkdaşları cəlb edilib. Fakt araşdırılır.