-
- 15-05-2023, 13:44
- 706
Azərbaycanda iş yoldaşını aldadan nazirlik əməkdaşı həbs edildi
İqtisadiyyat Nazirliyi ƏMDX yanında dövlət reyestr xidmətinin Sumqayıt şəhər şöbəsində müxtəlif vəzifələrdə çalışmış 1990-cı il təvəllüdlü Rəhim Əliyev həbs edilib.
News24-ın əldə etdiyi məlumata görə, o, barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq-xeyli miqdarda ziyan vurmaqla) maddəsi ilə açılmış işə əsasən məsuliyyətə cəlb edilib.
Belə ki, həmin qurumun Xızı rayon şöbəsində çalışan Emil adlı şəxs avtomobilini satmaq üçün Rəhimə etibarnamə verdiyini, lakin Rəhimin avtomobili lombarda qoyaraq pulları ələ keçirdiyini bildirib və bu barədə polisə şikayət edib. Cinayət işinin materialları bir müddət əvvəl Sumqayıt şəhər Məhkəməsinə daxil olub. Məhkəmədə Rəhim Əliyev törətdiyi əməli etiraf edib:“2012-ci ildən 2019-cu ilədək ƏMDK-yanında dövlət reyestr xidmətində müxtəlif vəzifələrində işləmişəm, Emil iş yoldaşım olub. Emilin “Mazda CX5” markalı avtomobilini 20 min manat dəyərində satmaq istədiyini eşitmişdim, ona zəng edib həmin avtomobili satıb 3500 manat da üstündə əlavə pul verə biləcəyimi dedim, Emil də mənə inandı. 2022-ci ilin mart ayında Emilə zəng edərək avtomobili satmaq üçün mənə etibarnamə verməli olduğunu dedim. Emil etibarnaməni votsap nömrəmə göndərdi. 1 həftə ərzində avtomobili satıb ona 23500 manat verəcəyimi dedim.
2 gün sonra Emillə danışıb avtomobili sabah satacağımı dedim və səhər saatlarında Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində onunla görüşüb avtomobilin texniki pasportunu aldım və axşam pulu verəcəyimi dedim. Mənə təcili pul lazım olduğu üçün maşını Bakıda- Neftçilər metrosu yaxınlığında lombard şirkətinə girov qoyub pul götürmək qərarına gəldim. Avtomobili 18 min 000 manat qiymətləndirib 1800 manat komissiya pulu çıxdıqdan sonra 16200 manat pul götürdüm və avtomobili həmin şirkətin adına keçirdim. Gecə saatlarında Emilə zəng edərək maşını satdığımı, pulun bir hissəsini bu gecə, qalan hissəsini 2 gün sonra verəcəyimi, həmin pulu həmin gün borclu olduğum şəxslərə verdiyimi dedim. Həmin gün gecə saatlarında Emilin atası zəng edərək oğlunu aldatdığımı, avtomobili kimə satdığımı soruşdu”.
Araşdırma zamanı məlum olub ki, Rəhim daha sonra dostu Orxanı lombarda aparıb və ona 18 min manat ödəyərək avtomobili alıb. Daha sonra onlar avtomobili lizinq şirkətinə satıblar. Orxan 18 min manatını götürdükdən sonra Emilə 1 aylıq etibarnamə verilib. 1 ay tamam olduqdan sonra isə avtomobil lizinq şirkətinin balansına keçib.
Məhkəmədə Emil Rəhimə ağr cəza verilməsini və avtomobilinin dəyəri olan 23 min manatın tutularaq ona verilməsini tələb edib.
Sumqayıt şəhər məhkəməsinin hökmü ilə dostunun avtomobilini sataraq pulunu ələ keçirən şəxsə 3 il həbs cəzas təyin edilib.
Qeyd edək ki, Rəhim Əliyev bu il aprelin 18-də həbs edilib.
Taleh BAĞIROV