Yupiter bu bürcün üstünə gəlir: işləri yağ kimi gedəcək
    • 15-05-2023, 17:41
    • 315

Yupiter bu bürcün üstünə gəlir: işləri yağ kimi gedəcək

Mayın 16-da böyük şansları təmsil edən Yupiter planeti Qoç bürcündən ayrılaraq Buğa bürcünə doğru yönələcək. Hər 12 ildən bir başladığı yerə gələn Yupiter, 2011-2012-ci illər arasında yaşadığınız hadisələrə bənzər hadisələri özü ilə birlikdə gətirə bilər. 

News24.az Yenisabah.az-a istinadən xəbər verir ki, Günəş sisteminin ən böyük planeti, güclü cazibə qüvvəsi ilə Buğalara müsbət mənada ciddi təsir edəcək.

Yupiter doğum xəritənizdə hansı bürcdədirsə, o bürcün işləri yağ kimi gedəcək, bu planet vəzifə və məsuliyyətlərinizi daha asan həll etmək üçün sizə rahatlıq təqdim edəcək. 

Eşq həyatında bu ay buğalar sədaqət axtaracaq, ciddi münasibətlərə addım atacaq, bir çoxu evlənməyə qərar verəcək.

Bundan əlavə, buğalar üçün şəkərli qidalar cazibədar görünəcək, iştahları və hər şeyin ən yaxşısına sahib olmaq istəkləri artacaq.