"Onun Azərbaycana səfəri əlaqələrimizin inkişafına ciddi təkan verib" - İlham Əliyev
    • 15-05-2023, 18:13
    • 240

"Onun Azərbaycana səfəri əlaqələrimizin inkişafına ciddi təkan verib" - İlham Əliyev

Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycana səfəri əlaqələrimizin inkişafına ciddi təkan verib.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Misir Ərəb Respublikası parlamentinin Nümayəndələr Palatasının sədri Hanaf Ali Əl Gebalini qəbul edərkən bildirib. Prezident İlham Əliyev səfər zamanı Azərbaycanla Misir arasında müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi-ticari əlaqələrin inkişafı, enerji, kənd təsərrüfatı, səhiyyə və digər sahələrdə əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu qeyd edib.

Prezident İlham Əliyev Misir parlamenti Nümayəndələr Palatasının sədrinə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikası Milli Məclisinin xüsusi iclasında iştirakına görə təşəkkürünü bildirib. Ulu Öndərin Azərbaycanın dövlət quruculuğunda müstəsna rol oynamış bir şəxsiyyət olduğunu vurğulayan dövlət başçısı, eyni zamanda, Ümummilli Liderin Azərbaycan-Misir əlaqələrinin inkişafında böyük xidmətlərini qeyd edib.