Mədəniyyət Nazirliyi “SOYQIRIM” adlı Sərgi-Müsabiqəsi elan etdi
    • 16-02-2019, 17:03
    • 1 765

Mədəniyyət Nazirliyi “SOYQIRIM” adlı Sərgi-Müsabiqəsi elan etdi

“Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 5 fevral tarixli Sərəncamına uyğun olaraq, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Rəssamlar İttifaqı ilə birlikdə Xocalı faciəsinin  iyirmi yeddinci ildönümü münasibəti ilə “SOYQIRIM” adlı Respublika Sərgi-Müsabiqəsini elan edir.

1992-ci il fevral ayının 25-dən 26-a keçən gecə Xocalı şəhərində dinc Azərbaycanlı əhaliyə qarşı Ermənistanın işğalçı ordusu tərəfindən soyqırımı törədilmişdir. Sərgi-müsabiqə Xocalı faciəsi zamanı törədilmiş soyqırımı faktlarını təsviri və dekorativ sənət əsərləri vasitəsi ifadə edilməsi, zaman-zaman ölkəmizin müxtəlif şəhər və qəsəbələrində xalqımızın başına gətirilən faciələrin, genosid faktlarının bədii təcəssümü, eyni zamanda xalqımızın Azərbaycan Respublikasının dövlət müstəqilliyinin, ərazi bütövlüyünün qorunması yolunda göstərdiyi mübarizə əzminin nümayişi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi məqsədi ilə keçirilir.

Sərgi-müsabiqədə iştirak etmək istəyən rəssamlar öz əsərlərini 2019-cu il mart ayının 25-də və 26-da hər gün saat 10:00-dan-18:00-dək Azərbaycan Rəssamlar İttifaqına (Ünvan: Bakı ş. Xaqani küçəsi 43, Tel: 493-62-30) təqdim edə bilərlər.

Sərgi-müsabiqənin şərtləri:

Sərgi-müsabiqəyə təqdim olunan əsərlər yüksək bədii tələblərə cavab verməli, incəsənət əsərləri vasitəsi ilə Xocalı faciəsi və digər soyqırımı hadisələri zamanı törədilmiş soyqırımı faktlarını, zaman-zaman xalqımızın başına gətirilən faciələri, genosid faktlarını, eyni zamanda xalqımızın Azərbaycan Respublikasının dövlət müstəqilliyinin, ərazi bütövlüyünün qorunması yolunda göstərdiyi mübarizə əzmini əks etdirməli və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə xidmət etməlidir;

Müsabiqəyə bundan əvvəlki illərdə keçirilmiş sərgi-müsabiqəyə təqdim olunan əsərlər təkrar təqdim edilə bilməz;
Müasbiqəyə Azərbaycan xalqının soyqırımı hadisələrini, faciəvi günlərdə ağrı-acısına baxmayaraq xalqımızn doğma torpaq uğrunda göstərdiyi şücaəti, qəhrəmanlarımızın mərdliyini və igidliyini rəngkarlıq, qrafika, heykəltəraşlıq, dekorativ-tətbiqi sənət əsərlərində bacarıq və ustalıqla əks etdirən əsərlər qəbul olunacaqır;

Müsabiqəyə təqdim olunacaq əsərlərə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının mütəxəssislərindən və  tanınmış rəssamlardan ibarət Komissiya tərəfindən baxış keçiriləcəkdir. Heykəltəraşlıq, rəngkarlıq, qrafika, dekorativ-tətbiqi sənət nominasiyaları üzrə aşağıdakı mükafatlar və diplomlar təqdim ediləcəkdir;

Əsərlər “deviz” və “şifr” ilə təhvil verilir. Bağlı zərfin içində iştirakçı rəssamın soyadı, adı, atasının adı, təvəllüdü, telefon nömrələri, əsərin adı, ölçüsü və texnikası qeyd olunmalıdır. Təhvil verilən hər bir əsərin arxa tərəfində, “deviz”, “şifr” nqeyd olunmalıdır;

Münsiflər heyəti tərəfindən seçilərək I,II, III yerlərə və həvəsləndirici mükafatlara layiq görülən əsərlər Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə (Azərbaycan Dövlət Rəsm Qalereyasına) təhvil verilməlidir.


Müsabiqənin mükafat fondu aşağıdakı qaydadadır:

Rəngkarlıq üzrə

I yer (bir nəfər)- 3000 manat

II yer (bir nəfər)- 2000 manat

III yer (bir nəfər)- 1000 manat


Qrafika  üzrə

I yer (bir nəfər)- 2000 manat

II yer (bir nəfər)- 1500 manat

III yer (bir nəfər)- 1000 manat


Heykəltəraşlıq üzrə

I yer (bir nəfər)- 3000 manat

II yer (bir nəfər)- 2000 manat

III yer (bir nəfər)- 1000 manat


Dekorativ-tətbiqi sənət üzrə

I yer (bir nəfər)- 3000 manat

II yer (bir nəfər)- 2000 manat

III yer (bir nəfər)- 1000 manat

Həvəsləndirici mükafat

10 nəfər hər biri - 500 manat

Əsərlər toplandıqdan, və münsiflər heyəti tərəfindən dəyərləndirildikdən sonra müsabiqənin yekun sərgisi Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına Sərgi salonunda keçiriləcəkdir