Azərbaycanda kafedə dava – pivə bokalını başına çırpdı
    • 16-05-2023, 16:13
    • 692

Azərbaycanda kafedə dava – pivə bokalını başına çırpdı

Qəbələ rayonundakı kafelərdən birində dava olub.

News24.az-ın əldə etdiyi məlumata görə, hadisə gecə saatlarında rayonun Nohurqışlaq kəndində yerləşən iaşə obyektində qeydə alınıb.

Kafedə yeyib-içən Seyidağa adlı şəxs daha sonra orda münaqişə yaradıb. O, Zaur Mirzalıyev adlı şəxsə bıçaqla əl nahiyəsindən xəsarət yetirib. Daha sonra pivə bokalı ilə onun başına və üz nahiyəsinə zərbə endirib.

Hadisə ilə bağlı Qəbələ Rayon Polis Şöbəsində araşdırma aparılır.

Taleh BAĞIROV