Rusiya, İran və Azərbaycan arasında... - Putindən MÜHÜM AÇIQLAMA
    • 17-05-2023, 14:05
    • 268

Rusiya, İran və Azərbaycan arasında... - Putindən MÜHÜM AÇIQLAMA

“Moskva Rusiya Federasiyası, İran və Azərbaycan arasında dəmir yolu infrastrukturunun və yük daşımalarının inkişafı sahəsində əməkdaşlığa dair sazişin hazırlanmasının tezliklə başa çatacağına ümid edir”.

News24.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin bildirib.

Rusiya lideri videobağlantı vasitəsilə İran prezidenti İbrahim Rəisi ilə birlikdə Rəşt-Astara dəmir yolunun tikintisinə dair sazişin imzalanması mərasimində iştirak edib.

“Bu gün haqqında danışdığımız bu dəhlizin yaradılması kontekstində qarşılıqlı fəaliyyət Azərbaycanla sıx tərəfdaşlıq şəraitində həyata keçirilir. Və biz Azərbaycan tərəfinin iştirakı ilə üçtərəfli formatda Şimal-Cənub marşrutu üzrə dəmir yolu infrastrukturunun və yük daşımalarının inkişafı sahəsində əməkdaşlıq haqqında sazişin hazırlanmasının tezliklə başa çatmasını səbirsizliklə gözləyirik. Bu, üç ölkənin gələcək uğurlu koordinasiyası üçün lazımi hüquqi baza yaradacaq”, - deyə Putin bildirib.

Turan