Sinan Oğandan ikinci turda kimə səs verəcəyi barədə AÇIQLAMA
    • 17-05-2023, 17:39
    • 386

Sinan Oğandan ikinci turda kimə səs verəcəyi barədə AÇIQLAMA

Türkiyədə mayın 14-də keçirilən ümumi seçkilərin ikinci tura qalmasından sonra “ATA İttifaqı”nın namizədi Sinan Oğanın kimi dəstəkləyəcəyi maraq doğurur.

News24.az xəbər verir ki, bununla bağlı yerli jurnalistlərdən biri ona müraciət edib və namizədlərdən ölkənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğana, yoxsa CHP lideri Kemal Kılıçdaroğluna səs verəcəyini soruşub.

Sinan Oğan bununla bağlı qərarını mayın 19-da açıqlayacağını bildirib./oxu/