"Cavan olmam bir də mən..." - 94 yaşlı Roza Cəlilova
    • 17-05-2023, 17:46
    • 1 242

"Cavan olmam bir də mən..." - 94 yaşlı Roza Cəlilova "FotoLent"-də

“FotoLent”in  ilk qonağı Xalq artisti, "Şöhrət", "Şərəf" ordenli rəqqasə, xoreoqraf-baletmeyster Roza Cəlilovadır.

Bu gün 94 yaşı tamam olur. 
Doğum gününü yaxınları, doğmaları ilə yanaşı, bir əsrə yaxın xatirələrini təzələməklə qeyd edir.
Qabağında qalaqlanan şəkillərə baxıb keçmişi vərəqləyir, kövrəlir, gülümsəyir, əlini yelləyib təəssüflənir və məşhur mahnının sözlərini pıçıldayır: “Ömür keçdi, gün keçdi, cavan olmam bir də mən...” 

Atasından, uşaqlığından, gəncliyindən yaddaşında ilişib qalanları  ipə-sapa düzüb danışır. Biz isə onu dinlədikcə üzündə, qəlbində dərin izlər salan xatirələrin fotosunu çəkdik.

Doğum gününüz mübarək, Roza xanım! 

Fotolar: Teymur MƏMMƏDOV