Quyuya düşən azyaşlılarla bağlı Baş Prokurorluqdan - AÇIQLAMA

Quyuya düşən azyaşlılarla bağlı Baş Prokurorluqdan - AÇIQLAMA Gündəm
2 azyaşlının meyitinin aşkar edilməsi faktı üzrə araşdırma aparılır

Mayın 17-si saat 19 radələrində paytaxtın Sabunçu rayonu ərazisində yerləşən quyuda 2 nəfər azyaşlının meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı azyaşlıların meyiti üzərində hər hansı xəsarət müəyyən edilməyib.

Zərərçəkmişlərin ölüm səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri hərəkətlər aparılıb.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma davam edir.