Sahil Babayev: “Hər il 5-7 min mikro-biznesin yaradılması biznes mühitimiz üçün ciddi dəstəkdir”
    • 18-02-2019, 12:11
    • 710

Sahil Babayev: “Hər il 5-7 min mikro-biznesin yaradılması biznes mühitimiz üçün ciddi dəstəkdir”

 "Bu mikro-biznesin uğurluluq faizi zamanla bilinəcək. Lakin hər il 5-7 min mikro-biznesin yaradılması təbii ki, biznes mühitimiz üçün ciddi dəstəkdir”.
 
News24.az-ın məlumatına görə, bunu  əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Bakıda keçirilən "Vergilər. Şəffaflıq. İnkişaf" adlı forumda çıxışı zamanı deyib. S.Babayev bildirib ki,  dövlət bu missiyasını tam şəkildə həyata keçirir: “Ölkəmizin növbəti inkişaf mərhələsində də sosial yönümlü inkişafa xüsusi diqqət ayrılacaq. Sosial sahədə mövcud olan və yeni yaranacaq bütün çağırışlara yeni yanaşmalar, müasir innovotiv üsullar tətbiq etməklə cavab veriləcək".

Teymur MƏMMƏDOV