-
- 18-05-2023, 12:37
- 315
Azərbaycanlı tələbə Avropa Birliyinin veb səhifələrində boşluq AŞKARLADI
AzTU-nun tələbəsi Avropa Birliyinin veb səhifələrində boşluq aşkar edib.
News24.az xəbər verir ki, Azərbaycan Texniki Universitetinin (AzTU) İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin 2-ci kurs tələbəsi Sadiq Qasımov Avropa Birliyinin rəsmi veb səhifələrində boşluq aşkar edib. Bu barədə universitetin rəsmi saytında məlumat yerləşdirilib.
Qeyd olunur ki, aşkarladığı boşluğu CERT-EU (The Computer Emergency Response Team for the EU institutions, bodies and agencies) saytına bildirən tələbə təsdiq cavabını alıb və bir müddət sonra məlumatlar saytın "Hall of Fame" hissəsində 2 dəfə paylaşılıb.
Sadiq Qasımovun bu yaxınlarda AzTU-da keçirilən kibertəhlükəsizlik üzrə CTF (Capture-The-Flag) yarışında birinci yerə layiq görüldüyü də bildirilir.