Çağırışa gedən ambulans aşdı - ÖLƏN VAR - VİDEO
    • 18-05-2023, 13:16
    • 307

Çağırışa gedən ambulans aşdı - ÖLƏN VAR - VİDEO

Masallıda çağırışa gedən təcili tibbi yardım avtomobili aşıb.

News24.az xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə paylaşılıb. 

Məlumata görə, ambulans Masallı Bioloji Təbabət Klinikasına məxsusdur. Adıçəkilən klinikadan bildirilib ki, hadisə dünən Masallıda qeydə alınıb. Qeyd olunub ki, ambulans çağırışa gedərkən qəza baş verib.

DİN-dən sözügedən yol qəzası ilə bağlı bildirilib ki, mayın 17-də saat 13 radələrində Masallı şəhəri ərazisindəki dairəvi yol ayrıcında rayonda fəaliyyət göstərən tibb müəssisələrindən birinə məxsus, S.Əhmədovun idarə etdiyi "Mercedes Benz" markalı təcili tibbi yardım avtomobili ilə İ.Nurəliyevin idarə etdiyi "Ford Transit" markalı avtomobil toqquşub. "Mercedes" markalı avtomobildə xəstə kimi aparılan F.Qurbanova xəstəxanada dünyasını dəyişib. Təcili tibbi yardım maşınının sürücüsü və daha iki tibb işçisi isə müxtəlif bədən xəsarətləri alıblar.

Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.