Bakıda dəhşətli hadisədə ölən biznesmenin və dostunun FOTOSU
    • 18-05-2023, 13:18
    • 250

Bakıda dəhşətli hadisədə ölən biznesmenin və dostunun FOTOSU

Xəbər verdiyimiz kimi, mayın 13-də gecə saat 2 radələrində Xəzər rayonu Binə qəsəbəsi ərazisində yanğınla nəticələnən dəhşətli yol qəzasında 2 nəfər yanaraq vəfat edib.

News24.az xəbər verir ki, həmin vaxt Ə.Zülfüqarlının idarə etdiyi “Chevrolet” markalı və Şangül Məmmədovun idarə etdiyi “Naz Lifan” markalı avtomobillər toqquşub. Nəticədə Ş.Məmmədov və sərnişini Şahin Novruzov hadisə yerində ölüblər.

Əldə etdiyimiz məlumata görə, Şangül Məmmədov biznes fəaliyyəti ilə məşğul olub, onun mebel sexi və mağazası var imiş. Onunla birgə vəfat edən Şahin Novruzov isə onun ən yaxın dostu olub. 

Hadisədən sonra Ş.Məmmədovun anası aldığı ağır xəbərdən ürəyi partlayaraq ölüb. Dəhşətli hadisədə həyatını itirən iki dostun fotosunu təqdim edirik.

Qeyd edək ki, faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Taleh BAĞIROV