Azərbaycanın himninin başqa dildə oxunması qanunla qadağan edilir
    • 18-02-2019, 12:25
    • 981

Azərbaycanın himninin başqa dildə oxunması qanunla qadağan edilir

Azərbaycanın dövlət himninin başqa dildə oxunması qanunla qadağan edilir.

News24.az Report-a istinadən xəbər verir ki, bu, yeni hazırlanan “Azərbaycan Respublikasının Dövlət himninin istifadəsi qaydaları haqqında” qanun layihəsində (üçüncü oxunuş) əksini tapıb.

Qanunun 8-ci (Azərbaycan Respublikasının Dövlət himninin istifadəsinə dair məhdudiyyətlər) maddəsinə əsasən, himn başqa dildə oxuna bilməz.
Layihə Milli Məclisin fevralın 19-da keçiriləcək plenar iclasında müzakirə olunacaq.