Ötən il Azərbaycanda 2752-i əkiz, 117-i üçəm doğulub – RƏSMİ
    • 18-02-2019, 12:23
    • 816

Ötən il Azərbaycanda 2752-i əkiz, 117-i üçəm doğulub – RƏSMİ

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2018-ci ildə 138982 nəfər doğulmuş körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,2 təşkil edib.

Dövlət Statistika Komitəsindən News24.az-a verilən məlumata görə, körpələrdən 2752-si əkiz, 117-si isə üçəm doğulanlardır. Bu göstərici Dağlıq Şirvan (əhalinin hər min nəfərinə 16,3), Lənkəran, Aran və Quba-Xaçmaz (15,4), Yuxarı Qarabağ və Kəlbəcər-Laçın (14,6) iqtisadi rayonlarında ölkə səviyyəsindən yüksək olub Ötən il ölkədə 57250 ölüm halı qeydə alınmış və ölüm səviyyəsi əhalinin hər 1000 nəfərinə  5,8 təşkil edib.

Ülkər QASIMOVA