Kübra Əliyevanın bağından oğurluq EDİLDİ
    • 19-05-2023, 12:15
    • 318

Kübra Əliyevanın bağından oğurluq EDİLDİ

Əməkdar artist Kübra Əliyevanın bağında oğurluq olub.

News24.az
axşam.az-a istinadən xəbər verir ki, aktrisa bu haqda sosial şəbəkədə canlı yayımda olarkən danışıb. O bildirib ki, hadisə bir müddət əvvəl baş verib:

"Oğlum Ayazın bağına giriblər. Hasar 4 metr yarımdır. Maştağada yerləşir. Uşaq işidir. Özüm Bodrumda idim, oğlum yığdı dedi. 102-yə zəng etdik, neçə gün keçdi xəbər olmadı. Bodrumdan zəng vurdum polis şöbəsinə. Bağda çox əşya yoxdur. Amma indi-indi bəlli olur ki, nələri götürüblər. Nəvələrimin velosipetlərini, samovarı, qaz peçini götürüblər. Hətta zirzəmidə motor var idi, onu da götürüblər. Bəzi əşyalar  tapıldı, amma hələ bizə gətirib verməyiblər".