-
- 20-05-2023, 11:43
- 302
“Azərxalça”nın yığılmış zərəri 20 milyon manatı ötdü
2022-ci ildə“Azərxalça” ASC-nin xalis zərəri 5,3% artaraq 3,4 milyon manat təşkil edib. 2021-ci ildə ASC-nin zərəri 3,2 milyon manata bərabər olub.
News24.az xəbər verir ki, bu barədə şirkətin maliyyə hesabatında bildirilib. Şirkətin yığılmış zərəri 19.8 % artaraq 20,4 milyon manata çatıb.
31 dekabr 2022-ci il tarixinə “Azərxalça”nın satışdan gələn gəliri 3.5% azalaraq 1,6 milyon manat, satışın maya dəyəri 26.6% azalaraq 904 min manat, inzibati və əməliyyat xərcləri 19% azalaraq 4,97 milyon manat təşkil edib.
2022-ci ildə “Azərxalça”nın cəmi aktivləri 12% azalaraq 90,8 milyon manata enib. Şirkətin cəmi kapitalı 102,4 milyon manatdan 90,8 milyon manata, cəmi öhdəlikləri isə 1,04 milyon manatdan 385 min manata kimi azalıb.