Azərbaycanla mühüm məsələlərdə razılığa gəldik - Paşinyan
Siyasət
“Brüssel görüşünü müsbət qiymətləndirirəm. Danışıqlar zamanı Azərbaycanla bir sıra mühüm məsələlərdə razılığa gəlmək mümkün olub”.
News24.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hakim Mülki Müqavilə Partiyasının deputatları ilə keçirdiyi toplantıda deyib.
“Joqovurd” qəzeti yazır ki, Nikol Paşinyan “Mülki müqavilə” fraksiyasının deputatları və nazirlərlə qapalı iclasda Brüssel görüşünün nəticələrini müzakirə edib.
Qeyd olunur ki, iki saatdan çox davam edən görüşdə iki nazir: Təhsil və Elm Nazirliyinin rəhbəri Janna Andreasyan və Fövqəladə Hallar Nazirliyinin Armen Pambuxçyan iştirak edib.
“Paşinyan əvvəlcə Brüssel görüşünün təfərrüatlarını təqdim etdi, nəticələri yekunlaşdırdı və parlament üzvləri əsasən dinləyici rolunda idilər, onlardan yalnız bir neçəsi baş nazirə sual verdi. Baxmayaraq ki, Paşinyan bunun olmadığını söylədi. Azərbaycanla bir sıra mühüm məsələlərdə razılığa gəlmək mümkün olub, ümumilikdə Brüssel görüşü müsbət qiymətləndirilib”, - məqalədə deyilir.
Qəzet qeyd edir ki, Ermənistan və Azərbaycan liderlərinin Moskva və Kişinyovda gözlənilən görüşləri müzakirə olunmayıb. İclasın sonunda daxili siyasi məsələlər, partiyanın fəaliyyəti və parlamentin qarşıdan gələn iclası nəzərdən keçirilib.
Qeyd edək ki, mayın əvvəlində Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında dörd günlük danışıqlar aparılıb. Bundan sonra mayın 14-də Brüsseldə iki ölkə liderlərinin görüşü keçirilib. İlham Əliyevlə Nikol Paşinyan arasında daha bir görüşün iyunun 1-də Kişinyovda keçiriləcəyi gözlənilir.
Eyni zamanda Azərbaycan Pezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan mayın 25-də Moskvada görüşəcəklər.
Turan